Kosmik turistləri daşıyan “Crew Dragon” kosmik gəmisi Yerin qütbləri üzərində ilk orbital uçuşunu həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı SpaceX şirkəti yayıb.
Mənbə bildirib ki, Fram2 missiyası bir neçə gün davam edəcək və gəmi təxminən 440 km yüksəklikdə uçacaq.
Missiya zamanı iştirakçılar aşağıdakıları planlaşdırırlar:
Kosmosda ilk rentgen şüasını çəkmək;
Fiziki fəaliyyətin əzələ və sümük kütləsinin saxlanmasına təsirini öyrənmək;
Mikroqravitasiya şəraitində göbələk yetişdirmək üzrə təcrübə aparmaq.
Bizim.Media
phrase_var_article.topics