AZ

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib

Bakı, 1 aprel, AZƏRTAC

İsveç Ukraynaya 16 milyard kron (1,59 milyard ABŞ dolları) dəyərində yeni hərbi yardım paketi təqdim edəcəyinə söz verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin hökuməti məlumat yayıb. Beləliklə, Stokholmun Kiyevə hərbi yardımının ümumi həcmi bu il 29,5 milyard kron (2,93 milyard dollar), 2022-ci ildən bəri isə təxminən 80 milyard kron (7,95 milyard dollar) təşkil edəcək.

İsveçin müdafiə nazirinin sözlərinə görə, bu, indiyədək Stokholmun Ukraynaya ən böyük hərbi dəstək paketidir.

Yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya, peyk rabitəsi və hərbi dəniz dəstəyi, həmçinin İsveç müəssisələrində istehsal edilən hərbi-sənaye avadanlıqları daxil olacaq.

Seçilən
30
azertag.az

1Mənbələr