“Oskar” mükafatları əsasən Amerika Kino Akademiyası tərəfindən təqdim edildiyi üçün bu mükafatı ən çox qazanan ölkə təbii ki, ABŞ-dir. Lakin "Xarici dildə ən yaxşı film" (indiki adı "Beynəlxalq ən yaxşı film") kateqoriyasında və digər kateqoriyalarda mükafat qazanan ölkələr arasında bəzi dövlətlər xüsusilə seçilir.
Yenisabah.az bu naminasiyada ən çox “Oskar” qazanmış ölkələri təqdim edir:
İtaliya (13)
ABŞ xaricində “Oskar” mükafatını ən çox qazanmış ölkə məhz İtaliyadır. Dünyaca məşhur italyan rejissorlar Federiko Fellini və Vittoriya De Sika hərəyə 4 dəfə bu mükafata layiq görülməyi bacarıblar. İtalyanlar son dəfə 2013-cü ildə Paolo Sorrentinonun “La grande bellezza” (Böyük gözəllik) filmi ilə bu “Oskar”ı əldə ediblər.
Fransa (12)
Fransa 12 müxtəlif rejissorun 12 müxtəlif filmi ilə “Oskar” qazanmağı bacarıb. Fransızlar son dəfə bu mükafatı 33 il öncə, yəni 1992-ci ildə Reqis Varqniyenin “Indochine” (Hind-Çin) filmi ilə qazanıblar.
İspaniya (4)
4 filmlə “Oskar” mükafatı qazanmış İspaniya İtaliya və Fransanın xeyli gerisində qalsa da, bu günədək 25 filmlə laueratçı olmağı bacarıb. Bir çoxlarına görə, ispan rejissorların filmləri orta seqmentdə ən yaxşıları hesab edilir.
Yaponiya (4)
1950-1955-ci illəri Yaponiya film sektorunun “qızıl dövrü” adlandırmaq olar. Məhz bu 5 il ərzində yapon rejissorlar nə az nə çox 3 dəfə “Oskar” mükafatına layiq görülüb.
İsveç (3)
İsveçli rejissor İnqmar Berqman əldə etdiyi 3 “Oskar” mükafatı ilə film sahəsində sözün əsl mənasında “xet-trik” edib. O, “Jungfrukällan” (1960), “Sasom i en spegel” (1961) və “Fanny och Alexander” (1983) filmləri ilə ölkəsinə 3 “Oskar” mükafatı qazandırmağı bacarıb.
Siyahının növbəti pillələrində isə Danimarka (3), Rusiya (3), Hollandiya (3), Almaniya (2), İran (2) və Argentina (2) qərarlaşıb.
Nazim Hacıyev
Telegram kanalımız