Bakı. Trend:
Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərinverilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbərverir ki, sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gəncistedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə AzərbaycanRespublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuşAzərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz minyeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdanəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu sərəncamdanirəli gələn məsələləri həll etsin.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.