Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İlon Maslın rəhbərlik etdiyi Hökumətin Fəaliyyətinin Səmərəliliyi İdarəsi (DOGE) yaşı 120-dən artıq olan 10 milyon nəfərdə artıq şəxsin sosial təminat sistemindən çıxarılmasına nail olub.
Bu barədə DOGE-nin X səhifəsində yazılıb.
Bundan əvvəl Mask sosial təminat sistemində 120-dən 369 yaşına qədər çoxdan vəfat etmiş şəxslərin adlarının olduğunu, onların formal olaraq hələ də dirilərin siyahısında saxlanıldığını bildirmişdi. DOGE rəhbəri mərhumları zarafatla "vampirlər" adlandırmışdı.
Son 1 ay ərzində 10 milyon şəxsin adı artıq silinib. DOGE idarəsinin məlumatına görə, sosial təminat sisteminin rəhbərliyi daha 2 milyon nəfər şəxsin də artıq vəfar etdiyini güman edir.
İlon Mask 2025-ci ilin fevralında Amerikanın sosial təminat sistemində əsaslı yenidənqurma planlarını açıqlayıb. O qeyd edib ki, o, “tarixdəki ən böyük fırıldaqçılıqdan” şübhələnir, çünki sosial müdafiə sistemində sığorta nömrələrinin sayı bütövlükdə ölkədəki vətəndaşların sayını əhəmiyyətli dərəcədə üstələyir.
Yanvarın 20-də Prezident Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başladı. Ümumilikdə Mask ABŞ hökumətinin xərclərinin 2 trilyon dollar azaldılacağını gözləyir. Həmçinin, Maskın təşəbbüsü ilə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti təşkilatın işinin yenidən təşkili məqsədi ilə müvəqqəti dayandırılıb.
Hürr Tərcüman