AZ

Azərbaycanda əhalinin 10 faizi pensiyaçıdır

2025-ci il yanvarın 1-inə olan vəziyyətə görə, Dövlət Sosial Müdafiə Fondunda 1098,3 min pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

AzPost bildirir ki, bu barədə Statistika Komitəsinin məlumatında deyilir.

Onların 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil edib.

Seçilən
53
azpost.info

1Mənbələr