Vətəninfo.az xəbər verir ki, “Mançester Yunayted”in portuqaliyalı baş məşqçisi Ruben Amorim komandasının kapitanı, portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşin “Real”a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Fernandez getməyəcək. Yenidən Premyer Liqa çempionluğunu qazanmaq istəyirik və bunun üçün bizə ən yaxşısı lazımdır. Artıq Brunoya getməyəcəyini demişəm.
Onun hələ 30 yaşı var, mövsüm ərzində 50-55 matçda iştirak edir, çoxlu qollar vurur, məhsuldar ötürmələr edir. Biz onu burada görmək istəyirik”.-deyə Amorim bildirib.
Bu mövsüm Fernandes 44 matçda iştirak edib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədərdir.
Transfermarkt Fernandesin transfer dəyərini 55 milyon avro qiymətləndirir.