Bakı. Trend:
Əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsindəTürkiyədən idxal edilən gilas tinglərindən Qida TəhlükəsizliyiAgentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərəkmüayinələrə cəlb olunub.
Trend xəbərverir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumatyayıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində Çəyirdəklilərinbakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyiaşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyənsözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbuledilərək 17800 gilas tingi məhv edilib.
Qeyd edilib ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogenbağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malikolmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasınasəbəb olur.