(AZAL)-ın Naxçıvan -Bakı, Bakı- Naxçıvan istiqamətində uçuşlar həyata keçirdən təyyarələrə bilet tapılmaması görə yaranan problem uzun müddətdir öz həllini tapmır.

Naxçıvandan- Bakıya tətildən qayıdan sərnişinlər bilet almaqda çətinlik çəkirlər. Bakı- Naxçıvan və Naxçıvan-Bakı reysinə tətilin son günləri bilet almaq müşgül məsələ olsada daha da çətinləşdirib.

Sərnişinlərin iddialarına görə hətta bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Bilet tapılmaması digər istiqamətlərdədə müşahidə olunur. Qeyd edək ki,Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram namazında iştirak edə bilməyib. O qeyd edib ki, Türkiyədəyəm., Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim.

AZAL-ın bununla bağlı açıqlamasını almaq mümkün olmadı. Azərbaycan Hava Yollarının mövqeyini dərc etməyə hazırıq.
