AZ

Yunanıstana qaçmağa cəhd edən 4 FETÖ şübhəlisi həbs edildi

Yunanıstana qaçmaq istəyərkən yaxalanan 4 FETÖ/PDY şübhəlisi həbs edilib.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə bölgəsində baş verib.
 
Belə ki, 4 gün əvvəl Ədirnənin mərkəzində 1-ci dərəcəli hərbi qadağan olunmuş bölgədə təhlükəsizlik qüvvələri tərəfindən aparılan yoxlamalar zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan FETÖ/PDY şübhəliləri A.S., G.K., G.S. və A.S. adlı şəxslər saxlanılıb.
 
Şübhəlilər polis qruplarına təhvil verilib. Proseslərin ardından ədliyyəyə sövq edilən şübhəlilər gətirildikləri çağırış hakimi tərəfindən həbs ediliblər.
 
 
 

Seçilən
64
7news.az

1Mənbələr