"Yuventus"un PSJ-dən icarəyə götürdüyü Randal Kolo Muaninin Turin klubundakı gələcəyi sual altındadır.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira şəxsi "X" hesabında bu barədə paylaşım edib.
Məlumata görə, İtaliya təmsilçisində əla başlanğıcla diqqət çəkən, ilk 3 oyunda 5 qol vuran fransalının performansının sonradan aşağı düşməsi klub rəhbərliyinin fikrini dəyişib. Mənbə Paris təmsilçisinin 60 milyon avroya satmaq istədiyi forvardın ümidləri doğrultmadığını və bu səbəbdən böyük ehtimalla, cari mövsümün sonunda "Yuve"ni tərk edəcəyini vurğulayıb.
Nihat