AZ

Qara dənizdə atəşkəs var?

Ukrayna ilə Rusiya arasında Qara dənizdə atəşkəslə bağlı rəsmi razılaşma yoxdur.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk aprelin 1-də Kanal 24-də məlumat verib.

Onun sözlərinə görə, hazırda dənizdə sükut rejiminə dair rəsmi sənəd yoxdur.

"Müvafiq olaraq, hər hansı razılaşmalara əməl olunmasından danışmaq kifayət qədər çətindir. Ona görə də, əlbəttə ki, danışıqlar prosesinin başa çatmasını və onların hüquqi qeydiyyata alınmasını gözləməliyik", - Pletençuk bildirib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
26
xezernews.az

1Mənbələr