Bakı. Trend:
Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qazxəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması iləəlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatıdayandırılıb.
Trendxəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, hal-hazırda təmir-bərpa işləri aparılır.
"Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvarərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatındamüvəqqəti fasilə yaranıb",- deyə əlavə edilib.