Myanmarın Mandalay şəhərində baş verən güclü zəlzələdən təxminən 60 saat sonra otelin dağıntıları altından hamilə qadın sağ çıxarılıb.
Bu barədə "Dailymail" məlumat yayıb.
Xilasetmə əməliyyatı Mandalayda yerləşən "Great Wall Hotel"də həyata keçirilib. Bu şəhər zəlzələdən ən çox zərər çəkən bölgə olub.
Myanmar Yanğınsöndürmə Xidməti yerli vaxtla gecə saat 00:40-da hamilə bir qadının xilas edildiyini açıqlayıb.