AZ

Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb

Bu gün Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb.

Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan Operativ Media-ya verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Məlumata görə, Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Seçilən
24
32
operativmedia.az

10Mənbələr