AZ

Avstraliya ilə ticarət dövriyyəsi dəyişib: İxrac azalıb, idxal 240 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Avstraliya arasındakı ticarət dövriyyəsi kəskin artaraq 242 milyon 53 min ABŞ dollarına çatıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 230 dəfə çoxdur.

Ötən ilin eyni dövründə ticarət dövriyyəsi cəmi 1 milyon 52 min dollar təşkil edib. Maraqlıdır ki, Azərbaycanın Avstraliyaya ixracı azalıb - 21,7% enişlə 36 min dollara düşüb. 2024-cü ilin eyni dövründə bu rəqəm 46 min dollar idi.

Əsas yüksəliş isə idxalda baş verib. Azərbaycan Avstraliyadan idxalı 240,5 dəfə artıraraq 242 milyon 016 min dollara çatdırıb. Ötən ilin eyni dövründə bu göstərici cəmi 1 milyon 6 min dollar idi.

Ümumi ticarət balansında Avstraliyanın Azərbaycanın ixracında payı 0% olsa da, idxalda payı 5,85%-ə yüksəlib. 

Maya Hüseynova

Seçilən
64
valyuta.az

1Mənbələr