ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin daxili və xarici siyasətlə bağlı suallarını cavablandırıb.
News24.az xəbər verir ki, 3-cü müddətə namizəd olmasına icazə verilsə, Demokratların Barak Obamanı rəqib seçməsinə üstünlük verəcəyini ifadə edən Tramp, "Bunu çox istərdim. Bu yaxşı olardı. İstərdim" dedi.
Tramp üçüncü dəfə namizədliyi ilə bağlı "heç bir araşdırma aparmadığını" ifadə edərək, "Bunu etmənin bir yolu olduğunu deyirlər" deyə bildirib.
Günel Məlikzadə