AZ

Ukrayna daha bir yaşayış məntəqəsini itirdi

Rusiya Silahlı Qüvvələrinin Şərq qrupunun döyüşçüləri Ukraynanın Donetsk bölgəsində yeni ərazi tutublar. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Onlar qondarma "Donetsk Xalq Respublikası"nda (DXR) yeni ərazi tutublar.

“Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Vostok” hərbi qrupunun bölmələri "Donetsk Xalq Respublikası"nın Razliv qəsəbəsini azad edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) iki mexanikləşdirilmiş və aviasiya briqadasının və bir ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası qondarma DXR-in Boqatır, Yalta, Zaporojye və Zelenoye yaşayış məntəqələri ərazilərində də ağır zərbələr alıb: "Düşmənin itkiləri 150-dən çox əsgər, 1 tank, 4 texnika və 2 səhra artilleriya qurğusu olub".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural

Seçilən
48
1
news365.az

2Mənbələr