Berlin, 1 aprel, AZƏRTAC
Almaniyanın dörd federal əyalətində və İtaliyada mütəşəkkil cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC “Tagesschau” informasiya portalına istinadla xəbər verir ki, Almaniya və İtaliya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 29 nəfər saxlanılıb. Onlardan 20-si İtaliyada həbs edilib. Saxlanılan şəxslərin Kalabriya mafiyası olan “Ndrangheta” ilə əlaqəli olmaqda şübhəli bilinir.
Almaniya polisi reydlərin Baden-Vürttemberq, Reynland-Pfalts, Şimali Reyn-Vestfaliya və Saar əyalətlərində aparıldığını açıqlayıb.
Almaniya Daxili İşlər Nazirliyinin 2024-cü il məlumatına əsasən, təkcə Baden-Vürttemberqdə 170 nəfərin mütəşəkkil cinayətkarlıqla əlaqəsi olduğu hesab edilir. Əyalətdə fəaliyyət göstərən mafiya qruplaşmalarına “Ndrangeta”, “Cosa Nostra”, “Camorra” və “Sacra Corona Unita” daxildir. Kriminal qruplaşmaların fəaliyyət sahələri əsasən narkotik və silah ticarəti, çirkli pulların yuyulması, vergidən yayınma və s. yer alır.
Berlin