"Kanal S"in aparıcısı Nigar Fərhad sosial şəbəkə hesabından onu təhqir edən şəxslərə xəbərdarlıq edib.
Qeyd edək ki, aparıcının efirdə səsləndirdiyi "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb.
Onun fikri sosial şəbəkələrdə sərt tənqid edilib.
Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb, qanun çərçivəsində müvafiq tədbir görüləcəyi bildirilib.