Finlandiya piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün hazırlıqlara başlamaq qərarına gəlib.
“Finlandiya piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyadan çıxmaq üçün hazırlıqlara başlayacaq”, - RİA Novosti Finlandiya hökumətindən sitat gətirir.
Qeyd olunur ki, müvafiq qərar respublika prezidenti Aleksandr Stubb və Xarici Siyasət və Təhlükəsizlik Nazirləri Komitəsinin iclasında qəbul edilib.
Mart ayında məlum olub ki, Finlandiya piyada əleyhinə minaları qadağan edən konvensiyadan çıxmaq niyyətindədir.