AZ

Rusiya Ukraynanın enerji infrastrukturlarına hücum edib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın ABŞ-lə əldə olunan razılaşmasına baxmayaraq, son 24 saat ərzində iki dəfə enerji infrastrukturuna hücum etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ukrayna ordusu son 24 saat ərzində Rusiya ərazisi Belqorod və ilhaq edilmiş Zaporojya bölgəsindəki elektrik yarımstansiyalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib.

"Ukrayna məsələsinin mərhələli həlli üçün Rusiya və ABŞ arasında əldə olunan razılaşmaları dəstəklədiyi barədə bəyanatlarına baxmayaraq, Kiyev administrasiyası Rusiyanın enerji obyektlərinə hər gün birtərəfli hücumlarını davam etdirir" , - Rusiya MN-nin açıqlamasında bildirilib.

Seçilən
84
operativmm.az

1Mənbələr