AZ

Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinə 2142 müraciət daxil olub

Naxçıvan, 1 aprel, AZƏRTAC

Bayram günlərində Naxçıvanda Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeyri-iş günləri ərzində xidmətə ümumilikdə 2142 müraciət daxil olub. Müraciət edənlərdən 290 nəfər hospitalizasiya edilib, digərlərinə isə yerində tibbi müdaxilə göstərilib.

Daxil olan müraciətlərin əsas səbəbləri arasında arterial təzyiqin yüksəlməsi, qida zəhərlənmələri, respirator xəstəliklər üstünlük təşkil edib.

Seçilən
62
azertag.az

1Mənbələr