AZ

Putin Avropaya hakim olmaq istəyir - Budris

Litvanın xarici işlər naziri Kestusis Budris aprelin 1-də Kiyevə gəlib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Budris səfəri haqqında X-da yazıb.

Litva nazirinin sözlərinə görə, o, səfəri ilə "Litvanın cəsur Ukrayna xalqına sarsılmaz dəstəyini ifadə etmək istəyir".

"Biz azadlıq və suverenlik uğrunda mübarizənizdə sizin tərəfinizdə olmağa davam edəcəyik. Litva Aİ-də güclü, davamlı və uğurlu Ukraynanı dəstəkləyir", - o qeyd edib.

Budris mətbuat konfransında NATO ölkələrinin kəşfiyyat ictimaiyyətinin razılığa gəldiyini söyləyib.

"Bu siyasi məqsədlər göz qabağındadır, Putin bunları artıq bir neçə dəfə dilə gətirib. O, amerikalıların Avropada olmamasını istədiyini bildirib. O, Avropaya hökmranlıq etmək istəyir... O, Litvanın da çiçəklənən ölkə olmamasını istəyir", - nazir qeyd edib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
40
xezernews.az

1Mənbələr