Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmiməlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan,Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında,Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya FederasiyasınınDağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzluheyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen,Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika BirləşmişŞtatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya,Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripixəstəliyi aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar, respublika ərazisinin həminyoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərətətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.