AZ

Ter Ştegendən şad xəbər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin zədəsi sağalıb.

Msport.az xəbər verir ki, bu barədə kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, uzun müddətdir zədədən əziyyət çəkən almaniyalı qolkiper məşqlərə başlayıb. 32 yaşlı futbolçu artıq kollektivlə birlikdə ümumi məşqlərə qatılır. Ter Ştegenin aprelin sonuna kimi tam hazır olması gözlənilir.

Qeyd edək ki, ter Ştegen ötən ilin sentyabrında dizindən əməliyyat edilib.

Seçilən
134
msport.az

1Mənbələr