Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin davranışları avtomobildəki kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 6-da, paytaxtın Nəriman Nərimanov prospektində qeydə alınıb.
Məlumata görə, 10-TK-060 nömrə nişanlı "Lexus" və 77-EY-581 nömrə nişanlı "Honda" markalı avtomobillərin sürücüləri svetoforun yaşıl işığında dayanaraq mübahisəyə başlayıblar. Bu səbəbdən arxadan gələn avtomobillərin hərəkəti məhdudlaşıb və yol bağlanıb.
Daha sonra onlar qaydaları yenidən pozaraq qırmızı işıqda yolu keçib və bir daha dayanaraq mübahisələrini davam etdiriblər.
Sözügedən videonu təqdim edirik.
Fərid