Çelyabinsk sink zavodunun rəhbəri və Çelyabinsk vilayətinin Qanunvericilik Məclisinin deputatı Pavel İzbrext bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Herbiand.az bildirir ki, bu barədə Ura.ru xəbər verib.
Fövqəladə hadisə “Царская охота” atıcılıq klubunun ərazisində baş verib. Poliqon Çelyabinsk vilayətində yerləşir və kommersiya əsasında xidmət göstərir.
Məlumata görə, atışdan sonra İzbrext silahının dolu olub-olmadığını yoxlamaq qərarına gəlib. Deputat təsadüfən özünü yaralayıb və onu xilas etmək mümkün olmayıb.
Bəxtiyar CƏFƏRLİ