AZ

Bəhruz Quliyev: “Vaşinqton Rusiya və İranın artan təsirinə qarşı yeni strategiyalar hazırlayır”

Yazını böyüt
Yazını kiçilt

“Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra bu dövlətin xarici siyasətdə, diplomatiyasında ciddi dəyişikliklərin şahidi oluruq. Hətta uzun illər müxtəlif dövlətlərin daxili siyasətinə  ciddi müdaxilə edən bəzi USAİD-kimi institutların fəaliyyətinin məhdudlaşdırılması da bu sahədə ciddi dəyişikliklər olacağını deməyə əsas verir".

Bunu Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirinin geri çağırılması və hətta ABŞ-da məhkəmə qarşısına çıxarılacağına dair xəbərlər, bölgədə – xüsusilə də Cənubi Qafqazda – Vaşinqtonun siyasətində mühüm dəyişikliklərin davamı kimi qiymətləndirilə bilər.

“Bu addım ABŞ-ın Ermənistandakı hazırkı səfirinin fəaliyyətindən məmnun qalmadığını göstərir. Onun qərəzli və balanssız mövqeyi təkcə Azərbaycan tərəfindən deyil, ABŞ daxilində də narazılıq doğurub. Diplomatın məhkəməyə çağırılması ehtimalı isə daha dərin daxili araşdırmaların və hüquqi prosedurların işə düşdüyünü göstərir. Əgər doğrudan da Vaşinqton Ermənistana bitərəf mövqe sərgiləyən yeni bir səfir göndərməyə qərarlıdırsa, bu, ABŞ-ın bölgədə balanslı və dialoqa açıq siyasətə qayıtmaq niyyətində olduğunu göstərir. Bu, həm də Azərbaycana qarşı daha ədalətli yanaşmanın formalaşması üçün fürsət yarada bilər. Onu da deyək ki, bu dəyişikliklər ABŞ-ın Cənubi Qafqaz siyasətində konturların yenidən çəkildiyini göstərir. Vaşinqton bölgədəki təsirini itirmək istəmir, eyni zamanda Rusiya və İran kimi aktorların artan təsirinə qarşı yeni strategiyalar hazırlayır. Bu çərçivədə Azərbaycanla münasibətlərin sabit və əməkdaşlıq yönümlü şəkildə inkişaf etdirilməsi ABŞ üçün geosiyasi baxımdan vacibdir. Ermənistan səfirinin dəyişikliyinə səbəblərdən biri də ABŞ-ın bölgədə daha balanslı, strateji və praqmatik siyasət yürütməyə hazırlaşdığını göstərir”, - B.Quliyev deyib.

Seçilən
44
hafta.az

1Mənbələr