Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib.
O bildirib ki, əksər hallarda isə qızlar ailələrdə şiddət görməsələr də sevgi əskikliyi yaşayırlar:
"Bir çoxlarının atası, qardaşı olsa da sevgi görmür, təzyiqə, kontrola məruz qalırlar. Belə şəraitdə böyüyən qız canını qurtarmaq üçün kimlə olsa ailə qurur. Nəticədə uğursuz ailə həyatı ortaya çıxır, psixologiyası, gələcəyi daha da korlanır. Bu cür ataların olmağındansa, olmamağı yaxşıdır. Birmənalı hökm etməyin əleyhinəyəm. Atasız böyüyən qızlar bir sıra hallarda psixoloji cəhətdən daha sağlam olur, çünki basqı, şiddət görmür. Aparıcının bu şəkildə danışması tamamilə yanlışdır. Bütün ata obrazı ilə böyüyən qızlar isə heç də hər zaman psixoloji cəhətdən sağlam olmur".
Əfsanə Kamal
Demokrat.az