AZ

Sumqayıtda yük avtomobili elektrik cərəyanına toxunub, sürücü ölüb

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un yerli bürosu məlumat verir ki,hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
147
13
report.az

10Mənbələr