AZ

Sel avtomobilləri apardı, yollar bağlandı

Egey dənizinə təsir edən güclü yağış və tufan Yunanıstan adalarını da vurub.

Paros adasındakı Naoussa balıqçı kəndində dərənin daşması nəticəsində evlər və iş yerləri su altında qalıb. Sel 40-a yaxın avtomobili aparıb. Küçələr gölə çevrilib.

News24.az xəbər verir ki, daşqın nəticəsində ölən və yaralanan olmayıb. Bununla belə, maddi ziyan böyükdür.

Paros meri yolların açılması üçün tikinti texnikasına ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, oxşar görüntülər turistik Mikonos adasından gəlib. Səlahiyyətlilər xüsusilə Paros və Mikonos sakinlərini evlərini tərk etməməyə çağırıb. Ehtiyat tədbiri olaraq bir çox adada təhsil dayandırılıb.

Günel Məlikzadə


Seçilən
94
news24.az

1Mənbələr