AZ

MLS Messinin mühafizəçisinə qadağa qoydu

MLS Lionel Messinin mühafizəçisinə qadağa qoyub.

MLS Messinin mühafizəçisinə meydana qaçmağı qadağan edib.

Operativ Media xəbər verir ki, Yassin Çueko ABŞ-də çox məşhurdur. O, tez-tez meydana qaçaraq televiziya yayımlarına düşür.

Bütün bunlar Lionel Messinin təhlükəsizliyi üçün edilir. Argentinalı ulduzu fanatlar (və yalnız onlar deyil) matçlar vaxtı da narahat edir.

Liqa Messinin mühafizəçisini rəsmi şəkildə məlumatlandırıb.  Artıq onun məşhur qaçışlarına icazə verilməyəcək. Gözlənilməyən hallar stadion işçiləri tərəfindən həll ediləcək.

Yassin Çueko hərəkətlərinin səbəbini açıqlayıb.

"Mən Avropada yeddi il çalışıb, bu müdətdə cəmi altı insanın meydana qaçdığını gördüm. Lakin ABŞ-yə gələndən sonra 20 ay içində 16 nəfər meydana qaçıb. Burada bu, böyük bir problemdir".

Seçilən
44
operativmedia.az

1Mənbələr