İslandiyanın cənub-qərbində vulkanik kraterlərdə baş verən seysmik aktivliyə görə Blue Lagoon turizm zonası boşaldıldı.
"Cebheinfo.az" xəbər verir ki, İslandiyanın RUV telekanalının məlumatına görə, yerli vaxtla saat 06:30-da Qrindavik şəhərində seysmik aktivlik baş verib. Seysmik aktivliyin vulkan püskürməsinə səbəb ola biləcəyi qorxusuna görə Blue Lagoon turizm zonası boşaldılıb. İslandiya Meteorologiya İdarəsinin məlumatına görə, seysmik aktivlik başlayandan bəri bölgədə 200-dən çox zəlzələ qeydə alınıb.