AZ

DİQQƏT! Sosial şəbəkələrdə daha çox bu videolara baxırsınızsa...

“İnsanların sosial şəbəkələrdə yemək videolarına maraq göstərməsinin səbəbi rahatlıq anlayışıdır. İnsanlar başqalarının rahatlığına baxaraq öz rahatlıqlarını təmin etməyə çalışırlar”.


Bu sözləri klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Referans” - a açıqlamasında deyib.




“İnsan düşüncəsində hər zaman rahatlıq axtarır. Yemək videoları insanlar üçün sadə informasiyalardır, bəzən heç onları informasiya da hesab etmək olmaz. Yəni insanın zehni bunlara baxdıqda yorulmur”.


Psixoterapevt qeyd edib ki, qidalanma anlayışı insanların yaşaması üçün olduqca vacib anlayışlardan biridir. Lakin bir çoxları bu prosesə dırnaqarası yanaşır  və onu sistemli şəkildə həyata keçirmir.


“Psixoloji aspektdən baxdığımız zaman qida pozuntusu olan insanlar da başqalarının yemək yemə videolarına diqqət edirlər. Yeməyin hazırlanması və ya bir şəxsin video qoşub yemək yeməsi də qida pozuntusu olan insanların diqqətini çəkir, baxmayaraq ki, onlar qidadan qaçmaq ya da həddindən çox qida qəbul etmək istəyirlər. Bu gün sağlam qidalanma və düzgün qidalanma anlayışları öz məğzini itirib. İnsanlar peşəkarlardan yox, sosial media fenomenlərindən bu barədə tövsiyə almağı üstün tuturlar. Ona görə ki, mütəxəssisdən dəstək alındığı zaman orada disiplinə məruz qalma prosesi reallaşır. Lakin hansısa fenomendən məlumat alarkən insanlar yorulmur. Bunun daha sadə olduğunu düşünürlər”.

 

Fidan Vəlisoy 

Seçilən
41
referans.az

1Mənbələr