Modifikasiya edilmiş Ukrayna “MiQ-29” qırıcılarından biri “GBU-62” bombasını birbaşa Rusiya komandanlığının Xerson vilayətində səhra qərargahı kimi istifadə etdiyi bunkerinə atıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat və video paylaşıb.
Qeyd olunur ki, bu qərargaha zərbə endirməkdə məqsəd Dnepr adalarına hücumlara görə məsuliyyət daşıyan rus bölmələrini rəhbərlikdən məhrum etmək olub.
Jurnal vurğulayır ki, Ukrayna Hərbi Hava Qüvvələri yeni döyüş sursatı və təyyarələri ilə güclü zərbələrin sayını artırıb. Çox güman ki, hər bir Ukrayna döyüş təyyarəsi peyklə idarə olunan və inertial planlayıcı bombalarla təchiz olunub: "Rusiyanın Xerson bölgəsindəki qərargahını vuran “GBU-62” ABŞ istehsalıdır, lakin Ukrayna tərəfindən unikal vəziyyətə gətirilib...
Təxminən 50 min dollar dəyərində olan “GBU-62” Ukraynaya rusların hər biri 3 milyon dollardan baha olan "İskəndər" ballistik raketlərinin etdiklərinə bərabər effekt əldə etməyə imkan verir."
“AzPolitika.info”