AZ

Polşa səmasında NATO hava missiyası: 600 döyüşçü...

Böyük Britaniya və İsveç qırıcıları aprelin 1-dən NATO-nun "Səmanın qorunması" (Skies Guard) missiyası çərçivəsində Polşanın hava məkanında patrulluq etməyə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib.

O deyib ki, bu gün Malborkda, eləcə də bütün Polşa və Baltikyanı ölkələrdə İsveç və Britaniya hərbçilərinin iştirakı ilə tərəfdaşlıq əməliyyatı başlayır.

Məlumata görə, İsveç və Britaniyadan ümumilikdə 600 döyüşçü Polşa ərazisində yerləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya və İsveçin öz ərazilərində NATO hərbi texnikasını artırdığını bildirib. O, həmçinin Finlandiya prezidenti Aleksandr Stubbın Helsinkinin Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə sözlərini şərh edib və Kremlin hər zaman dialoqa açıq olduğunu bildirib.

Seçilən
47
publika.az

1Mənbələr