Moldovanın tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul təslim olmayacağına söz verib və ölkəni tərk etmək fikrində olmadığını bildirib.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
"Ölkədən qaçmaq mandatımdan və Qaqauziya xalqına xidmət etməkdən imtina etmək deməkdir", - deyə o vurğulayıb.
Qutsul görüşdən sonra media nümayəndələrinə “Heç vaxt bunu etmərəm. Təslim olmayacağam” deyib.
O, iki yaşlı oğlunun onun üçün darıxdığını qeyd edib və ölkənin bütün övladlarına can sağlığı arzulayıb.