Bir neçə il əvvəl İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində Azərbaycanda pensiyaların artırılması təklif olunmuşdu. Ümumiyyətlə pensiyaların artırılması mövzusu cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardandır. İndiki halda ölkəmizdə pensiyaların artırılması nə dərəcədə real görünür? Yaxın gələcəkdə Azərbaycanda pensiyalar nə qədər arta bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans-ın suallarını cavablandırıb. Ekspert deyib ki, hazırda ilin orta mərhələsi olduğu üçün pensiyaların artırılması məsələsi əslində real görünmür. Amma may və iyun ayları ərzində dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi gözlənilir. Azərbaycanda pensiyaların artırılması ilə bağlı konkret bir qərar yalnız bu vaxtlarda verilə bilər. Yaxud da ilin sonu - dekbar ayında belə bir qərar qəbul oluna bilər. İndiki halda təqaüdlər təqribən 8 - 10 faiz indeksləşdirilir. Bundan sonra da bu rəqəmlərə oxşar rəqəmləri görə bilərik.
Ekspert həmçinin onu da bildirib ki, pensiyaların artırılması üçün müəyyən iqtisadi hesablamalar aparılmalıdır. Bundan sonra isə dövlət büdcəsi nəzərə alınmaqla konkret qərarlar qəbul olunmalıdır.
Natiq Cəfərli qənaətinə görə, ölkədə pensiya artımının ilin ortasında olması çox yaxşı olardı. Proseslər onu göstərir ki, əgər pensiya artımı nəzərdə tutulursa çox güman ilin sonunda mümkün ola bilər. Hazırda isə ölkədə pensiyaların artımı ilə bağlı ehtimal yoxdur. Bununla belə ilin sonunda pensiyaların artması da mümkündür.
Bünyamin Bünyadzadə
Referans