ABŞ-ın Mayami şəhərində 18-30 mart tarixlərində keçirilən prestijli turniri 405 448 tamaşaçı izləyib.
Offsideplus.az xəbər verir ki, bu, "Günəş dublu"nun bir hissəsi olan Mayami və İndian-Uells turnirləri tarixində yeni rekorddur.
2024-cü ildə Mayami turnirini 395 683 nəfər ziyarət etmişdi. Qeyd edək ki, turnir 1985-ci ildən keçirilir və 2019-cu ildən etibarən "Hard Rock" stadionunda baş tutur.
Mayami turnirinin finalında dünyanın bir nömrəli raketka ustası, belaruslu Aryna Sabalenka amerikalı Cessika Pequlanı (7:5, 6:2) məğlub edib. Çexiyalı Yakub Menşik isə 24 dəfə "Böyük Dəbilqə" çempionu olan serb Novak Cokoviçi (7:6, 7:6) hesabı ilə üstələyərək karyerasının ilk "Masters" titulunu qazanıb.