Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib. “Lənkəran” azarkeşləri önündə “Şəki”ni qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb – 107:78.
“Şəki” B qrupunu 36 xalla birinci sırada bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb. “Lənkəran” isə mövsümü sonuncu pillədə (23 xal) başa vurub.