AZ

"Müllerin Amerikada və ya Dubayda nə işi var?" - Zepp Mayer

"Bayern Münhen"in sabiq qapıçısı Zepp Mayer Almaniya nəhənginin yeni müqavilə imzalamaq istəmədiyi deyilən Tomas Müllerdən danışıb.

Fanat.Az xəbər verir ki, onun 35 yaşlı hücumameyilli yarımmüdafiəçi barədə sözlərini "Sky Sport Germany" belə çatdırıb:

"Bu qərarı başa düşə bilmirəm. Belə oyunçular klubun özü, klubun ruhudur. Belələri gedəndə klub özünün bir parçasını itirir. Tomas karyerasını bitirəcək. Onun Amerikada və ya Dubayda nə işi var? Müllerin Münhendə arvadı, ailəsi, atları və onu xoşbəxt edən hər şeyi var".

Xatırladaq ki, Müller "Bayern Münhen" ən çox oyun keçirən futbolçudur. O, ötən ilin sentyabrında Zepp Mayeri (709) qabaqlayıb.

Nihat
 

Seçilən
36
fanat.az

1Mənbələr