“Brayton” futbolçuları üçün 100 milyon funt-sterlinq tələb edir.
Msport.az xəbər verir ki, “Liverpul” braziliyalı hücumçu Joao Pedroya maraq göstərir.
23 yaşlı forvardı “Nyukasl” da yayda ayrılma ehtimalı olan Aleksander İsaka alternativ gözü ilə baxır. “Çelsi” isə dayaq yarımmüdafiəçisi Karlos Balebanı heyətinə qatmaq istəyir. “Brayton” həm Baleba, həm də Pedronu 100 milyon funt-sterlinq dəyərində qiymətləndirir.
Qeyd edək ki, bu mövsüm Joao Pedro Premyer Liqada 23 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə verib. Karlos Baleba isə 25 matçda 2 qol, 1 assistlə yadda qalıb.