AZ

Beynəlxalq axtarışa verilən şəxs Özbəkistana təhvil verilib

Bakı. Trend:

1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşıXolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlbedilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğununvəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindəntəmin edilib.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Özbəkistanda xüsusilə külli miqdarda ziyanvurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərəkbeynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvarayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbsqətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətliorqanına təhvil verilib.

Məqalədə:
Seçilən
49
49
az.trend.az

10Mənbələr