AZ

Sürücü və sərnişinlər yolun ortasında əlbəyaxa oldu –Qadınlar da davaya qarışdı (VİDEO)

Türkiyənin Mersin əyalətində yolda mübahisə yumruq davasına çevrilib. AzPost İHA-ya istinadla xəbər verir ki, Mersin-Antalya D-400 avtomobil yolunun Erdemli rayonu Akdeniz rayonu sərhədləri daxilində mikroavtobus sürücüsü ilə avtomobil sürücüsü arasında mübahisə düşüb. Mübahisə böyüdükcə maşınlarını saxlayaraq düşən şəxslər əlbəyaxa davaya başlayıblar.

Təpik və yumruqların daxil olduğu hadisə saniyə saniyə mobil telefonun kamerasına düşüb. Dava səbəbiylə D-400-də trafik bir müddət tıxac yaranıb. Təxminən 5 dəqiqə davam edən davadan sonra tərəflər hadisə yerini tərk edib.

Seçilən
103
azpost.info

1Mənbələr