AZ

"Ermənistan Azərbaycan əleyhinə müharibəyə hazırlaşır" - AÇIQLAMA

"Ermənistan Azərbaycan əleyhinə müharibəyə hazırlaşır" - AÇIQLAMA"Bu gün görürük ki, Ermənistanın "ipi"öz əlində olmadığına görə müstəqil xarici siyasət həyata keçirdə bilmir. Hazırda Ermənistanda Nikol Paşinyanın hakimiyyəti özündən əvvəlki revanşistlərin səhvlərini təkrar edərək regionda vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bunun üçün əlindən gələn bütün təxribatları edir. Acınacaqlı mənzərə ondan ibarətdir ki, Ermənistanı kütləvi şəkildə silahlandıranlar, onlara ağır hücum silahı verən Fransa eyni zamanda Ermənistan ərazilərində mülki müşahidə missiyası apardığı iddia edən qərb cəsus şəbəklərinin Ermənistan ərazilərində mövcudluğu fonunda, Ermənistan Azərbaycan əleyhinə təxribatlar törədir. Son 12-13 gün ərzində demək olar ki, hər gün sərhəddin müxtəlif istiqamətlərində Ermənistan Azərbaycan qarşı təxribatlar törədir".

Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqavilsə imzalamaq kimi bir niyyəti yoxdur:

"Eyni zamanda Ermənistan müxtəlif formalarda Azərbaycanən bütün sülhlə bağlı çağırışlarını tapdalamaqla məşğuldur. Bu məsələni tamamilə sülhdən kənara çıxması üçün əlindən gələni hər şeyi edir. Faktiki olaraq Ermənistanın sonuncu atdığı addımlardan sonra bizdə tamamilə belə bir mənzərə formalaşır ki, bu günkü Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqavilsə imzalamaq kimi bir niyyəti yoxdur. Ermənistan Azərbaycan əleyhinə müharibəyə hazırlaşır. Onun atdığı bütün addımlar da Ermənistanın müharibəyə fokuslandığını göstərir. Bütün bunlar vəziyyətin məcrdan çıxmağına və Cənubi Qafqaz regionunda normal, ədalətli sülh imkanlarının əldə edilməsimə maneyələr törətdiyini düşünürəm".

Seçilən
73
sonxeber.az

1Mənbələr