“Barselona”nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqası təmsilçilərinin hədəfində qalmaqdadır.
25 yaşlı futbolçunun “Barsa”da qeyri-sabit çıxışı fonunda İngiltərəyə qayıdacağı ilə bağlı şayiələr davam edir.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu “Tottenhem”, “Aston Villa” və “Nyukasl”ın hədəfindədir.
O, əvvəllər ilyarım “Mançester Siti”də çıxış edib, 2022-ci ilin əvvəlində “Barselona”ya keçib.
Torres bu mövsüm “Barselona”da 34 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.