AZ

MDB ölkələri korrupsiyaya qarşı mübarizəni gücləndirəcək:



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “MDB ölkələrinin korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı haqqında Sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bundan əvvəl Qazaxıstan Senatı Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.

Qanunda korrupsiya cinayətlərinə qarşı birgə mübarizə, qanunsuz gəlirlərin axtarışı və qaytarılması, korrupsiyaya qarşı mübarizədə iştirak edən şəxslərin müdafiəsi təklif edilib.

Müqaviləyə əsasən, MDB ölkələri operativ məlumat mübadiləsi apara, birgə araşdırmalar həyata keçirə və şübhəli şəxsləri ekstradisiya edə biləcəklər.

Mehman Mehdiyev
Seçilən
78
newscenter.az

1Mənbələr