AZ

Bayram günlərində təhlükəsizlik kəməri taxmayan 17427 sürücü cəzalandırılıb



Bayram günlərində təhlükəsizlik kəmərindən istifadə etməyən 17 min 427 sürücü barəsində tədbir görülüb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib.

Yerlikaya, "Avtobuslar da daxil olmaqla, bütün nəqliyyat vasitələrində sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən taxması qanuni bir öhdəlikdir"- deyə, vurğulayıb.

Nazir deyib ki, təhlükəsizlik kəmərindən istifadə yol qəzalarında ölüm sayını 45 faiz azaldır:

"Təhlükəsizlik kəmərlərinin həyati əhəmiyyət daşıdığını simulyasiya alətlərimizlə də vətəndaşlarımıza praktiki şəkildə izah edirik. Yoxlamalarımız tədbir görmək üçün deyil, qəzaların qarşısını almaq və can itkimizi sıfıra endirmək üçündür".

Anar Əliyev
Seçilən
72
newscenter.az

1Mənbələr