AZ

Sərnişin avtobusu qəzaya uğradı, ölən və yaralananlar var



Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Bursada qeydə alınıb.

Məlumata görə, Bursanın Mərkəzi Osmanqazi səmtinin İstanbul küçəsində Məhərrəm B.-nin idarə etdiyi mikroavtobus sükanın idarəetməsinin itirilmıəsi nəticəsində dirəyə çırpılıb və aşıb.

Nəticədə sürücü və içərisində olan 5 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Yanğınsöndürənlər tərəfindən sıxılmış yerdən çıxarılan yaralılar təcili tibbi yardım maşınları ilə bölgədəki müxtəlif xəstəxanalara çatdırılıb.

Yaralılardan biri, 2 yaşlı Tuğsem Akçay aparıldığı Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasına edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Digər yaralıların müalicəsinin davam etdiyi bildirilib.

Anar Əliyev
Seçilən
49
newscenter.az

1Mənbələr